Kapital Bank 2022-ci ilin I rübünün nəticələrini elan edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kapital Bank 2022-ci ilin I rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,9 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 5,5 milyard manat olub. 

Bankın 1 aprel 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 547 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top