
Jurnalistlər üçün onlayn formatda təlimlər başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlamışdır.
“Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunmuşdur.
Təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunmuş, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilmiş və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulmuş, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılmışdır.
Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak etmişdir.
Economic.Az
BƏNZƏR MƏQALƏLƏR
Jurnalistlər üçün onlayn formatda sayca ikinci təlim keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün […]
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı reallaşdı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]
“BiznesMƏN” layihəsinin bağlanış tədbiri keçirilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt GİBİ və Sumqayıt Gənclər Evinin təşkilatı dəstəyi ilə […]