MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

jara

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb – FOTO

Bu gün axşam saatlarında “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalı start götürüb.

Əvvəlcə festival iştirakçıları qırmızı xalı üzərindən keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

“Jara-2017” Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında “Bakıya qaçaq” mahnısı səsləndirilib.

Məlumat verilib ki, festivala müxtəlif ölkələrdən ümumilikdə 800-dən çox musiqiçi gəlib. Bu gün əlli ifaçı səhnəyə çıxacaq. Qala-konsertdə 2017-ci ilin populyar hitləri səsləndiriləcək.

Qala-konserti Yana Çurikova və Andrey Malaxov aparırlar.

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb - FOTO

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top