
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.
Economic.az bildirir ki, onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.
İyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 19,25 faizvə ya 77,5 milyon manat çoxdur.
BƏNZƏR MƏQALƏLƏR
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]
MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı terror hücumlarına dair məlumatlar verildi
Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun […]