MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

itv

İTV Yayım Şurası üzvlüyünə namizədlər açıqlandı — SİYAHI

Milli Məclisin Mədəniyyət komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.

Economic.az “Report”a istinadən məlumatına görə, komitə sədri Rafael Hüseynov deyib ki, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

O bildirib ki, bu şəxslər cəmiyyətdə kifayət qədər aktivdirlər.

Məsələ Milli Məclisin iclasına tövsiyə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top