İtaliyada orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan ediləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyada orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan ediləcək

Roma, 13 iyul, AZƏRTAC

İtaliyada sentyabr ayından etibarən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara deyib.

Nazir bildirib ki, yeni tədris ilindən başlayaraq ibtidai siniflərdə şagirdlərin təhsil və hər hansı digər məqsədlər üçün mobil telefonlardan istifadə etməsi qadağandır.

“Smartfonlar vasitəsilə tədrisin keyfiyyətli olduğunu düşünmürəm. Planşetlər və kompüterlər isə müəllimlərin nəzarəti altında istifadə edilməlidir”, – deyə o, qeyd edib.

Yeni qərara əsasən, şagirdləri yazı yazmağa alışdırmaq üçün yenidən kağız gündəliklər tərtib olunacaq.

 

Nihad Budaqov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top