İsveçrə millisi baş məşqçisi ilə müqaviləni yeniləyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveçrə millisi baş məşqçisi ilə müqaviləni yeniləyib

Bakı, 13 iyul, AZƏRTAC

İsveçrə millisinin baş məşqçisi Murat Yakınla müqavilənin müddətini yeniləyib.

AZƏRTAC İsveçrə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.

İsveçrə millisi M. Yakının rəhbərliyi altında Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəyə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Murat Yakın 2021-ci ilin avqustundan İsveçrə seçməsinə rəhbərlik edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top