İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106013789 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 92.9592 AZN (15 faiz) və 103.7768 (10.4998 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.1476 (11.94 faiz), orta ölçülmüş qiyməti 100.2147 (11.9127 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 124 min 900 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon AZN təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün Emitent buraxılış həcmindən əlavə 50 faiz (10 milyon) artığını təmin edib. İstiqrazlar 2023-cü il iyulun 18-də ödəniləcək. Hərrac iştirakçıları iyulun 22-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top