
İstifadəçilərin psixoloji durumunu izləməyə kömək edən proqram təqdim edilib
Xəstələrin psixoloji durumunu izləməyə kömək edən yeni proqram mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücünü və yazma sürətini nəzərə alır.
Economic.az bildirir ki, “ICTnews” “hightech.fm” saytına istinadən yazır ki, Kanadanın Delxauzi Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış “PROSIT” mobil proqramı həyəcan və depressiyanı aşkar edə bilər. Sözügedən tətbiq istifadəçinin öz telefonundan necə istifadə etməsini, həmçinin məşqlərin sayı, yuxunu, zənglərin sayını, mesajların tarixçəsini və musiqi zövqlərini nəzərə alır. Daha dərin tənzimləmələr də mövcuddur. Məsələn, mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücü və yazma sürəti emosional gərginliyi ifadə edə bilər.
İstifadəçilərdən, həmçinin həftənin ən pis və yaxşı hadisələrini təsvir edən 90 saniyəlik səs yazısı yazmaq və öz hisslərini 5 ballıq şkala üzrə ifadə etmək xahiş olunur. Bu günədək təxminən 300 nəfər proqramı sınaqdan keçirib.
Tədqiqatçılar belə mobil tətbiqlərin psixoloji problemlərin həllində faydalı ola biləcəyini bildiriblər. “PROSIT” insanın psixoloji durumunu tam müfəssəl təsvir etməsə də, o, psixoloqlara seans xaricində öz pasiyentlərinin inkişafını izləməyə və daha yaxşı başa düşməyə kömək edə bilər. Bu, pandemiya zamanı xüsusilə əhəmiyyətlidir, çünki müştərilər öz həkimləri ilə canlı ünsiyyət saxlaya bilmirlər.
BƏNZƏR MƏQALƏLƏR
İşlərimizi qısa zamanda effektiv şəkildə necə həll edə bilərik?
Biz elə bir həyatda yaşayırıq ki, bir anda milyonlarla hadisə baş verir. Əksəriyyətimiz üçün bir […]
Bir insan nə qədər uzun ömür yaşaya bilər?
Bu sualın cavabını tapmaq üçün,sizi 256 il ömür sürmüş Li Ching Yuenlə tanış edəcəm! Bu […]
Orqanizmdə su çatışmadığını göstərən 9 əlamət – Çox xəstəliklərin səbəbi
Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, normal funksiyaları […]