MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

seminar

İstehlakçı hüquqları sahəsində gənc nəslin maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir aprelin 27-də Bakı Rabitə və Nəqliyyat Kollecində keçirilmişdir.

Təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. “İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda mühazirələrlə çıxış edən Dövlət Xidməti əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi, eyni zamanda istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışmış, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən işlər barədə məlumat vermişlər.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top