İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bakı, 2 iyun, AZƏRTAC

İstanbul sahillərində qayıq estakada ilə toqquşduqdan sonra batıb, xilasedicilər on sərnişini təxliyə edə bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

Hadisə İstanbulun Asiya tərəfindəki Kadıköy sahillərində baş verib.

“Gəmi “Haydarpaşa” estakadası ilə toqquşub və sürətlə batmağa başlayıb, göyərtədə olanlar kömək istəyib. Xilasedicilərimiz qayıqda olan on sərnişini təxliyə ediblər”, – deyə idarədən bildirilib.

Hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top