MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FB_IMG_1593687046166

İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır

❗️Sərnişinlərin nəzərinə!

“Economic.az”ın məlumatına görə, İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top