İspaniyada avtobus qəzaya uğrayıb: 50-dən çox sərnişin xəsarət alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İspaniyada avtobus qəzaya uğrayıb: 50-dən çox sərnişin xəsarət alıb

Bakı, 16 iyul, AZƏRTAC

İspaniyada avtobusun qəzaya uğraması nəticəsində 50-dən çox sərnişin xəsarət alıb

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilir ki, avtomobil Pineda de Mar kəndi yaxınlığındakı tunelə daxil olarkən aşıb. Avtobusda 60-a yaxın adam olub.

Hazırda qəzanın baş verdiyi avtomobil yolu qismən bağlanıb.

Qəzanın səbəbləri hələ dəqiq müəyyən edilməyib. “La Vanguardia” qəzetinin məlumatına görə, qəza avtobusun təkərinin deşilməsindən sonra baş verib.

Hadisəylə bağlı araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top