MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

enerji

İspaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində layihələrini nəzərdən keçirir

İspaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində layihələrini nəzərdən keçirmək və bu layihələr üzrə tenderlərdə iştirak etmək üçün dəvət olunub.

Economic.Az bildirir ki, bunu Trend-ə İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.

O bildirib ki, Energetika Nazirliyinin bərpa olunan enerjinin Azərbaycanda inkişafı üçün yaxşı layihələri var:

“İspaniya şirkətləri bu layihələri nəzərdən keçirmək və öz qiymətlərini təklif etmək üçün dəvət olunub. Pandemiya prosesi müvəqqəti dayandırsa da, biz bilirik ki, ispan şirkətləri bu layihələri böyük maraqla araşdırır”.

O, həmçinin Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin vacibliyini vurğulayıb.

“Cənub Qaz Dəhlizi” təkcə Azərbaycan üçün deyil, həm də Avropa İttifaqı üçün strateji infrastrukturdur. İspaniya bu layihədən birbaşa yararlanmayacaq və ya bilavasitə Azərbaycan qazının istehlakçısı olmayacaq, amma bu infrastruktur sayəsində İspaniya vətəndaşları daha çox inteqrasiya olmuş Avropa enerji bazarından bəhrələnəcəklər”.

O qeyd edib ki, İspaniya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində işləyir:

“Biz hesab edirik ki, turizm, moda, qastronomiya, restoran işi və digər sahələrdə İspaniya şirkətləri üçün bazarda kifayət qədər yer var”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top