İspaniya NATO-nun Slovakiyadakı döyüş qrupuna rəhbərliyə başlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İspaniya NATO-nun Slovakiyadakı döyüş qrupuna rəhbərliyə başlayıb

Bakı, 1 iyul, AZƏRTAC

İspaniya NATO-nun Slovakiyada yerləşdirilən döyüş qrupunun komandanlığını öz üzərinə götürüb. Həmin qrupa alyansın səkkiz ölkəsindən 1500-dən çox hərbçi daxildir.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, missiya alyansın şərq cinahında çəkindirmə amilinin gücləndirilməsi strategiyasının bir hissəsidir. Qrupa İspaniyadan 750-dən çox hərbçi cəlb edilib. Krallığın xaricdəki ən böyük kontingenti olan həmin qrup Slovakiyada daimi qalacaq.

Missiya İspaniyadan başqa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə və Çexiya hərbçiləri daxildir.

Qeyd edək ki, İspaniya 2024-cü ilin yanvar ayından başlayaraq Slovakiyaya mərhələli şəkildə hərbiçilərini göndərməyə başlayıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top