İspaniya baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İspaniya baş nazirinin həyat yoldaşı məhkəməyə çağırılıb

Bakı, 4 iyun, AZƏRTAC

İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes mümkün biznes əlaqələri və korrupsiya ilə bağlı iş üzrə ifadə vermək üçün iyulun 5-də Madrid məhkəməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Madrid məhkəməsi Beqonya Qomesi biznes fəaliyyətində əlaqələrindən istifadə etməkdə və korrupsiyada şübhəli bilir. Təhqiqat işləri onun hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə əlaqələrinə yönəlib.

Baş nazir Pedro Sançes isə istintaq başlayandan sonra vəzifəsində qalıb-qalmayacağı barədə düşünmək üçün bir neçə gün ictimai tədbirlərini ləğv edib və sonradan hökumət başçısı postunu tərk etməyəcəyini açıqlayıb. O, həyat yoldaşına qarşı hücumlarda ölkənin sağçı və ifrat sağçı siyasi qüvvələrini günahlandırıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top