İşlə bağlı müraciətlər bundan sonra onlayn şəkildə aparılacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İşlə bağlı müraciətlər bundan sonra onlayn şəkildə aparılacaq

Bu ildən işaxtaran vətəndaşlar heç bir idarəyə getmədən öz ixtisas və peşələrinə uyğun iş tapa biləcəklər. Yaxın vaxtlarda istifadəyə veriləcək məşğulluq altsistemi vətəndaşlara bu imkanı yaradacaq.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən və “2019-2030-cu illəri əhatə edəcək Məşğulluq Strategiyası əsasında Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsi hazırlanıb. Bir sıra yenilikləri özündə əks etdirəcək planın əsas istiqamətini isə məşğulluğun inkişafı tutur. Nazirlik tərəfindən hazırlanan və yaxın günlərdə e-sosial portalında istifadəyə veriləcək məşğulluq altsisteminin əsas məqsədi də dövlət məşğulluq xidmətlərinin keyfiyyəti və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığın təmin olunmasıdır. Belə ki, işaxtaran hər bir vətəndaş onlayn şəkildə internet vasitəsilə məmur təması olmadan və heç bir idarəyə getmədən öz ixtisas və peşələrinə uyğun iş tapa biləcəklər. Sözügedən sistem vakansiyalar, işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olacaq.

Digər bir yenilik isə gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə ölkədə Mərkəzləşdirilmiş karyera portalının yaradılmasıdır. Portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin bu məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq. Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin bu məlumatlar, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq. Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər. Ümumilikdə, 2018-ci il ərzində məşğulluq xidməti orqanlarına 120 min vətəndaş mürcaiət edib. Onlardan 52 minə yaxını müvafiq işlərlə təmin olunub. Müraciət edənlərin 30 faizi paytaxt, 70 faizi isə regionarın payına düşür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top