İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İşaxtaran şəxslərin NƏZƏRİNƏ: məsləhət xidmətləri göstəriləcək

Məktəblidən tutmuş yetkin yaşına çatmış hər kəsə karyera xidməti barədə məsləhət vermək üçün “Alo Karyera” xidməti istifadəyə verilib. Xidmət vasitəsilə işsiz və işaxtaran şəxslərə operativ şəkildə məsləhət verilir. Əsasən 20-35 yaş aralığındakı insanların müraciət etdikləri dəstək xidməti onlayn şəkildə aparılır.

Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib. Xidmət vasitəsilə işsiz və işaxtaran şəxslərə operativ şəkildə məsləhət verilir.

“Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Toğrul Ələkbərov bildirib ki, hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir. Xidmətə indiyədək müraciət edənlərin əksəriyyəti bakalavr təhsilli, 20-35 yaş aralığında olan insanlardır.

Xidmətdən yararlanmaq üçün www.dma.gov.az saytındakı “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top