
“İrşad Electronics”ə maliyyə sanksiyası TƏTBİQ EDİLDİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “IRŞAD ELECTRONİCS” MMC-yə maliyyə sanksiyası tətbiq edib.
Məlumata görə, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün kompleks tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
“İnteqral” QSC, “IRŞAD ELECTRONİCS”, “Soliton LTD” və “ELCORE DİSTRİBUTİON AZ” MMC-lər sorğuda tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb. Bu gün “IRŞAD ELECTRONİCS”ə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.
Digər təsərrüfat subyektləri üzrə işə baxılmasının nəticələri barədə məlumat veriləcək və Dövlət Xidmətinin internet səhifəsində yerləşdiriləcək./unikal.org
BƏNZƏR MƏQALƏLƏR
Bazarda tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib.
Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib. Sahibkarların sözlərinə görə, son […]
“Aİ 92” markalı benzinlə bağlı açıqlama
Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək. Bunu […]
Alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı
Bu gündən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb. Bu, Nazirlər Kabinetinin 14 […]