İri istehsalçıların bəyanatları nefti bahalaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İri istehsalçıların bəyanatları nefti bahalaşdırır

Dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,05 dollar və ya 1,05% artaraq 52,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,11% artaraq 55,55 dollar olub.

Neftin bahalaşmasının səbəblərinə gəlincə, OPEC üzvü olan ölkələrin nazirlərinin sözlərinə görə, ABŞ-da şist neft istehsalçılarının aktivləşməsi onları qorxutmur. Məsələn, Küveytin neft naziri Əssam əl-Marzuk qeyd edib ki, “qara qızıl”a olan tələbatın artması fonunda şist neft istehsalçılarının aktivləşməsi o qədər də qorxulu deyil: “Hasilatın azaldılması nefti bahalaşdıracaq, eyni zamanda neftə olan tələbatı artıracaq. Bu səbəbdən şist neft hasilatçılarının aktivləşməsi bizi narahat etmir”.

Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda isə qeyd edib ki, əldə olunan şist neft hazırda artmaqda olan tələbatın ödənilməsinə yönələcək. “Şist neft hasilatının artmasına baxmayaraq, bazarda balans yaranmaqdadır”, – deyə o bildirib.

Bundan öncə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, neftin bahalaşması fonunda şist neft istehsalçıları sutkalıq hasilatı 500 min barrel artıra bilər.

APA.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top