
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə müraciət edib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən economic.az bildiriblər ki, təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir.
BƏNZƏR MƏQALƏLƏR
Ticarət və xidmət obyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət davam edir
İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 12-də keçirdiyi […]
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
ECONOMİC: Karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən avqustun […]
Bu şəxslərə 250 manat pul veriləcək – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara […]