MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nazir

İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edəcək

İyulun 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Economic-ə  bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 654-42-23, (055) 235-01-81, elektron poçt ünvanı: ramal.ahmadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və “facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top