MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Amerika Çin

İnvestorlar ABŞ-Çin görüşündən narahatdırlar

ABŞ-ın əsas fond birjası indeksi – “Dow-Jones” son iki gündə gündəlik maksimal səviyyəyə qədər yüksəlsə də, nəticədə aşağı düşməkdə davam edir. “Reuters” agentliyinn verdiyi məlumata görə, buna səbəb ABŞ və Çin prezidentləri arasında dünən başlayan 2 günlük görüşün nəticələrinin qeyri-müəyyənlik təşkil etməsi amili göstərilir.

İnvestorlar görüşdə ABŞ-Çin ticarət münasibətlərinin perspektivləri və Şimali Koreya ilə bağlı hər 2 ölkənin fikrinin nə olacağını gözləyirlər. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson görüşlə bağlı fikirlərini açıqlayarkən bildirib ki, “ABŞ Çinlə iqtisadi münasibətlərdə Amerika xalqının prioritetlərinə üstünlük verəcək”.

“Wells Fargo Funds Management” bankından Brayan Yakobsen (Brian Yacobsen) Tillersonun açıqlamaları ilə bağlı bildirib ki, “ABŞ-ın Çinə qarşı mövqeyinin sərt olacağı gözlənilir. Bu da Tramp-Si Tsinpin görüşünün dostluqdan çox konfrontasiya şəraitində keçəcəyini göstərir”.

“Report”un analitik qrupu bildirir ki, ABŞ-Çin görüşünün nəticələri qlobal ticarət, Çin iqtisadiyyatı, yuanın məzənnəsi kimi əsas amillərə ciddi təsir edə bilər.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top