İnvestisiya qoyuluşunda kreditlərin xüsusi çəkisi 16%-ə yüksəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İnvestisiya qoyuluşunda kreditlərin xüsusi çəkisi 16%-ə yüksəlib

Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi 16%-ə yüksəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin yanvar-aprel ayları ərzində iqtisadiyyata sərmayə qoyuluşu 4 160,1 mln. manat təşkil edib ki, bunun da 661,1 mln. manatını və ya 15,9%-ni bank kreditləri əhatə edib. Bank kreditlərinin xüsusi çəkisində aylıq müqayisədə 2,2% bəndi, illik 5,1% bəndi artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, investisiyaya yönələn bank kreditlərinin həcmi illik 31,3% artıb.

Bildirək ki, 2018-ci ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin yarıdan çoxu – 56,2 %-i sənaye, 19,2%-i tikinti, 12,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,75-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,4%-i informasiya və rabitə, 1,3%-i səhiyyə, 0,7 %-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top