MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

FB_IMG_1639062563639

ATMU-nun təşkilatçılığı və “İnvest-AZ” şirkətinin dəstəyi ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq?” adlı təlim keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və “İnvest-AZ” şirkətinin dəstəyi ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq?” adlı təlim keçirilib. Adıkeçən fakültənin dekanı dosent Vüqar Nəzərov mövzuya dair qısa məlumatdan sonra tələbələri təlimdə fəal iştiraka çağırıb. “İnvest-Az” şirkətinin tədris üzrə meneceri, təlimçi Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca detallara aydınlıq gətirib. İştirakçı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Rövşən Məmmədov təlimin sonunda görüşün təşkilindən və tələbələrin fəallığından məmnun qaldığını bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top