MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

instagram

Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdirilməsi üzrə müxtəlif variantları nəzərdən keçirdir. Bu barədə məlumatı Instagram-ın rəhbəri Adam Mosseri öz müsahibəsində bildirib. “Reklam elanlarını izləmək əvəzinə hansısa eksklüziv kontentə abunə olmaq imkanı əslində istifadəçilər üçün daha xoşa gələndir’ – deyə Adam Mosseri qeyd edib. O həmçinin bildirib ki, nəticədə Instagram-ın müəlliflər fondu da yaradıla bilər. Buna bənzər variant Youtube və Snapchat tərəfindən uzun müddətdir ki, istifadəyə verilib və onlar bunun sayəsində video yaradıcılarına pul ödəyirlər.

    Nəticədə ödənişli abunəlik sistemi inflünserlər üçün eksklüziv kontentlərə keçid imkanını satmaq şəraitini yaradacaq. Bundan əlavə olaraq Adam Mosseri bildirib ki, şirkət NFT bazarı da nəzərindən keçirdir. Qeyd etmək lazımdır ki, NFT, kolleksiya məqsədi üçün yaradılmış rəqəmsal obyektlərdir. Bura adi memlərdən tutmuş incəsənət əsərlərinə kimi olan rəqəmsal obyektlər daxildir. “NFT rəssamlar üçün Instagram fərdi əsərləri sərgiləmək imkanını verən platformadır. Mənim belə bir ideyadan xoşum gəlir” – deyə Adam Mosseri əlavə edib. Instagram-da ola biləcək ödənişli abunəlik və NFT bazar barəsində ətraflı məlumat verilməyib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top