İnstagram-da ən çox gəlir götürən futbolçular – SİYAHI
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu ötən il ərzində “Instagram” sosial şəbəkəsində ən çox gəlir əldə etmiş idmançıların siyahısında liderdir.
Portuqaliyalı forvardın ümumi gəliri 50,3 milyon dollar təşkil edib. İl ərzində o, sosial şəbəkədə 43 reklam paylaşımı edib və hər biri üçün orta hesabla 1,17 milyon dollar alıb.
Maraqlıdır ki, Ronaldunun “Instagram”dan əldə etdiyi gəlir “Yuventus”dakı qazancından çox olub. Turin klubu ilə müqaviləyə əsasən, o, illik 33 milyon dollar məvacib alır.
İkinci yerdə 30,4 milyon dollar gəlirlə “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. İlk üçlüyün sonuncusu hindistanlı kriketçi Virat Kolidir (15,7 milyon).
Reytinqin dördüncüsü ingiltərəli Devid Bekhem (11,6 milyon), beşincisi isə braziliyalı Neymar (8,1 milyon) olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]