İnşaatçılar peşə bayramını azad olunmuş ərazilərdə iş başında qeyd edirlər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İnşaatçılar peşə bayramını azad olunmuş ərazilərdə iş başında qeyd edirlər

Zəngilan, 10 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İşğaldan azad olunmuş ərazilərdə də ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq inşaat işləri davam edir və 30 il yurd həsrəti ilə yaşayan sakinlər doğma yerlərə qayıdırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 Aprel – Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur. Azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərində böyük payı olanlar sırasında inşaatçılar da yer alır. Onlar indi peşə bayramlarını müqəddəs torpaqlarda iş başında qeyd edirlər. İşğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri hazırda sürətlə gedir, zəruri infrastruktur yaradılır. Tikinti sektorundakı canlanmada və dinamik inkişafda əməyi olan peşə sahibləri bu quruculuq işlərində qürurla iştirak edirlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top