“İNNOLAND” İnnovasiya Mərkəzi loqo müsabiqəsi elan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İNNOLAND” İnnovasiya Mərkəzi loqo müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədilə ölkədə “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən economi-ə bildiriblər ki, “İNNOLAND” mərkəzinin əsas məqsədi startapçılara ideyadan başlayaraq müstəqil şirkətin qurulmasınadək bütün proseslərdə dəstək göstərmək, yerli və xarici investorlarla əlaqələndirmək və rəqabətədavamlı innovativ məhsul və ya xidmətlərin yaranmasına köməklik göstərməkdir.

Bu baxımdan, yeni açılan innovasiya və inkubasiya mərkəzi üçün loqo müsabiqəsi elan olunub. Müsabiqənin əsas tələbi mərkəzin məqsədini, innovasiya və startap fəaliyyətinə, iqtisadiyyatın müxtəlif sektorlarına dəstək funksiyalarını vizual olaraq əks etdirən loqoların hazırlanmasıdır. Loqolarda “ASAN xidmət”in loqosuna məxsus elementlərdən istifadə olunması tələb olunmur. Loqo təklifləri iyunun 10-dək www.ideya.az internet səhifəsi vasitəsilə göndərilməlidir. Qalib loqo 500 AZN məbləğində mükafatlandırılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top