MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

funkt sterlinq

İngiltərənin ən varlı musiqiçiləri

Dünyada bir çox musiqiçilər hər il gəlirləri barədə məlumat paylaşırlar.

Bunun əsasında isə ən varlı sənət adamlarının siyahısı tərtib edilir.

“The Sunday Times” mətbuat orqanı Böyük Britaniyanın 2017-ci il üçün ən varlı musiqiçilərinin adını açıqlayıblar.

Müğənni Pol Makkartni və arvadı Nensi Şevell siyahının lideridir. Onların 780 milyon funt sterlinq sərvəti var. Son 12 ay ərzində 20 milyon funt sterlinq gəlir əldə ediblər.

Endryü Lloyd Uebber siyahıda ikincidir. 740 milyon funt sterlinq sərvəti olan musiqiçinin bu il gəliri 25 milyon olub.

Üçüncü pillə “U2” qrupuna qismət olub.

Qrupun 548 milyon funt sterlinq sərvəti var. Elton Conun 290, Mik Caqqerrin 250, Kit Riçardsın isə 235 milyon funt sterlinq sərvəti var.

Corc Harrisonun oğlu və dul arvadı da ilk onluğa daxil olublar. Oliviya və Dani Harrison 210 milyon funt sterlinqlə yeddinci pillədə qərarlaşıblar.

Sərvətləri 200 milyon funt sterlinq olan Maykl Fletli və Rinqo Starr səkkizinci pilləni bölüşürlər.

185 milyon funt sterlinq sərvəti olan Stinq onuncudur. Adel isə Britaniyanın 30 yaşından cavan ən varlı musiqiçisi seçilib. Onun 125 milyon funt sterlinq sərvəti var.

ikisahil.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top