“İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək” – A.Əliyev – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək” – A.Əliyev

Economic: “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə sədr təyin edilib. Yeni təyinatla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.

“Bildiyiniz kimi cari ildə assosiasiya nizamnaməsində dəyişiklik edilib və bu ildən etibarən fərqli sığorta şirkətlərinin rəhbərləri sədr olaraq seçiləcək. Əminəm ki, tətbiq edilən yenilik sığorta şirkətlərinin, eləcə də ölkənin sığorta bazarının inkişafında müsbət rol oynayacaq. Mənə bu məsuliyyətli vəzifəni etibar etdikləri üçün Müşahidə Şurasına təşəkkürümü bildirirəm. İnanıram ki, hər bir sığorta şirkəti rəhbərinin, o cümlədən də mənim təcrübəm qurumun işinə öz töhfəsini verəcək”, – deyə Azər Əliyev bildirib.

Qeyd edək ki, Azər A. Əliyev 2017-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyətinin sədri təyin olunmuş və daha əvvəl ASA-nın sədri vəzifəsində çalışmışdır.

————————————————————————————————————-

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top