MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Elan kitab imza

İlk dəfə “Müştəri Məmnuniyyəti” adlı kitab çap edildi.

Arzu Qafarlı: “Müasir dövrdə müəssisələr üçün ən başlıca səbələrdən biri də, müştəri məmnuniyyətini inkişaf etdirməkdir”

Müəllif bildirdi ki, Azərbaycanda müasir marketinqə keçid illər öncə başlamışdır. Müəssisələr artıq “Müştəri Məmnuniyyəti”-ni qazanmaq üçün daha yaxşı xidmət göstərir və keyfiyyətli məhsullar istehsal edirlər.

Bazarda rəqabətin artması bu sahənin daha da inkişafına gətirib çıxardır.

Müəllif onuda qeyd etdi ki, bu gün müştərilərin çoxu keyfiyyətli məhsul və yaxşı xidmət istəyirlər. Qiymət artıq bu göstəricilərdən arxada qalıb. Baxmıyaraq ki qiymət on illər öncə müştərilərin planında ilk idi.

Kitabın yazılmasında əsas məqsədlərdən biridə  bu sahədə işləyən mütəxəssislərin praktiki olaraq daha da peşəkar olmalarında yardımçı olmaqdır.

Kitabda, Müştəri məmnuniyyətini təmin edilməsi, 

  • Məmnuniyyətə təsir edən faktorlar,
  • Müəssisələr də müştəri xidmətlərinin əhəmiyyəti,
  • Mövcud müştərilərin qorunub saxlanılması və müştəri qazanma modelləri,
  • Müştərini uzun müddət əldə saxlamağın üsulları,
  • Mövcud müştəriləri əldə tutmaq üçün strategiya,
  • Etirazları satışa çevirmək,
  • Etirazlara qarşı fəndlər,
  • Etirazlar və təkliflər üçün anket formaları,
  • Ən yaxşı  satıcı, menecer necə olmalıdır ?
  • Satış zamanı bədən dilindən necə istifadə etmək lazımdır və s bu kimi mövzulardan yazılmışdır.

Onuda qetd edək ki, müəllif Arzu Qafarlı 10 ildən artıqdır Marketinq və satış sahəsində müxtəlif özəl şirkətlərdə işləmiş və bu sahədə təlimlər keçib. Müəllif hal-hazırda Bank sahəsində Marketinq və Satış Departamentində işləyir.

Kitabın imza günü 17 Dekabr PArk Bulvar 1-ci mərtəbə, saat 14:00-da  “Ali və Nino” kitab evindədir. 

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top