
İlk dəfə: Kapital Bank daha bir yenilik etdi
Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir. Bankın mətbuat xidmətindən Economic-ə verilən məlumata görə, müştərilər bankın Bakı, Sumqayıt şəhərləri və Abşeron, həmçinin Gəncə, Lənkəran, Şəki, Zaqatala, Xaçmaz, Şirvan, Göyçay, Bərdə və Ağsu şəhərlərində yerləşən filiallarında avtomobillərin icbari sığortasını əldə edə bilərlər.
Avtomobillərin sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Economic.az
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]