MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Vüqar Bayramov

İlin sonuna neçə bank bağlanacaq ?

Vüqar Bayramov: “Bütövlükdə isə, Azərbaycanda birinci mərhələdə bankların sayının 32-dən 20-dək azalacağı gözlənilir”.

İqtisadçı ekspert Vüqar Bayramov, Economic.az saytına verdiyi müsahibəsində bildirir ki, “mənim qiymətləndirmələrim göstərir ki, hal-hazırda sistem əhəmiyyətli bankların sayı 20-dir. Ötən il 11 bankın müflis olmasnından sonra bu sektora inamın azalması müşahidə edilməkdədir. Eyni zamanda, bu il də öz funksiyalarını tam yerinə yetirə bilməyənlər banklar müşahidə edilməkdədir. Apardığımız monitorqinlər göstərir ki, hələ də öz funksiyalarını tam yerinə yetirə bilməyənlən banklar var”.

Ekspert onuda qeyd etdi ki, “bu ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən neçə bankın müflis elan ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki bu qərarlar inzibati qərarlardır və bəzən hətta bank öz funksiyaların yetirə bilməsə də uzun müddət lisenziyası geri alınmır. Təbii ki, daha məqsədəuyğun olardı ki, bankların lisenziyasının geri alınması deyil, birləşdirilməsi həyata keçirilsin. Çünki bu müştərilərin hüquqlarının qorunmasl ilə bağlı çətinliklər aradan qaldıra, bank sektoruna inam azalmasının qarşısını ala bilər. Bütövlükdə isə, Azərbaycanda birinci mərhələdə bankların sayının 32-dən 20-dək azalacağı gözlənilir”.

Müsahibə aldı RəşadH.

Economic.az

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top