MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG_20181207_115702~2

ATMU-da ikitərəfli əməkdaşlıq möhkəmləndirilir

Dekabrın 7-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin “Kommunikasiya və Karyera” şöbəsi və Bakı Mühəndislik Universitetinin (BMU) “Müəssisələrlə əlaqələr və karyera” departamenti əməkdaşları arasında görüş olub.

Universitetin Mətbuat xidmətindən “Economic“ə  veilən məlumata görə, gündəmdəki görüş zamanı əsasən tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişafı, adıçəkilən universitet məzunlarının sənaye müəssisələrilə işgüzar münasibətlərinin möhkəmləndirilməsi, təyinatı üzrə vaxtaşırı karyera və sərgilərin keçirilməsi və s məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar ikitərəfli əməkdaşlığın tələbə-məzunlar üçün səmərəli olacağına inam ifadə ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top