İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ŞKTC-nin banilərinin xatirəsini anıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ŞKTC-nin banilərinin xatirəsini anıblar

Ankara, 17 iyul, AZƏRTAC

İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 32 nəfərlik qrup Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər çərçivəsində bu cümhuriyyətin qurulmasında öncül rol oynamış siyasi xadimlər Rauf Denktaş və Fazil Küçükün xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvlərinin səfəri İstanbul Texniki Universitetinin və Girne Amerika Universitetinin xətti ilə Şimali Kiprdə keçirilən yay düşərgəsi çərçivəsində təşkil olunub.

Azərbaycandan gəlmiş qonaqları ŞKTC Prezidentinin müşavirləri Letif Akça və Ahmet Akdeniz müşayiət ediblər. Şəhid ailələrinin üzvləri Şimali Kipr siyasətçilərinin məzarları önünə əklillər qoyub, onların xatirəsini ehtiramla yad ediblər.

İyulun 28-dək davam edəcək səfər çərçivəsində azərbaycanlı qonaqlar Lefkoşada “Maneələri dəf etmək” adlı fotosərginin eksponatları ilə tanış olublar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top