İki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib.

Təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları 3 (üç) ay müddətinə dayandırılmışdı. Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən 8 nəfər sığorta agentinə lisenziyalar verilib.

Sığorta fəaliyyətinə dair lisenziyaları ləğv olunmuş və yeni lisenziyalar almış sığorta şirkətlərinin və sığorta agentlərin siyahısı təqdim olunur.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top