MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-96f0a190162023577395027135210926520

İki doz peyvənd alanlar bir də peyvənd olunacaqmı?

Böyük Britaniya payızda, yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına yenidən, yəni üçüncü peyvənd olunmağı təklif edəcək. Hazırda İngiltərənin Baş həkimi Kris Uitin rəhbərliyi altında iki peyvənd sınaqdan keçirilir. Peyvəndlərdən biri xüsusilə koronavirusun yeni ştammlarına qarşı effektiv olacaq. Qeyd edək ki, Britaniyada hazırda “BioNTech”, “Pfizer” və “AstraZeneca” preparatları ilə vaksinasiya aparılır.

Azərbaycanda isə vaksinasiya prosesi iki mərhələdə həyata keçirilir. Mütəxəssislər ölkənin epidemioloji durumuna görə vaksinasiya prosesinin hələki iki mərhələdə aparılmasını məqbul hesab edirlər. Maraqlıdır, yoluxma artsa və ya epidemioloji durum gərginləşsə, peyvəndləmənin üçüncü mərhələsi gündəmə gətirilə bilərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən məsələnin hələ ki aktual olmadığını deyib: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi olsa, yəqin ki, Azərbaycanda da vətəndaşlar peyvəndləmənin üçüncü mərhələsinə cəlb edilə bilər. Belə bir qərar hələ ki gündəmdə deyil. Bu, epidemioloji vəziyyətdən asılıdır”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top