İfrat sağçı İsveç demokratlarının tarixi məğlubiyyəti – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İfrat sağçı İsveç demokratlarının tarixi məğlubiyyəti

Stokholm, 11 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Avropa Parlamentinə seçkilər ifrat sağçı İsveç millətçi partiyası (İsveç demokratları) üçün tarixi məğlubiyyət oldu.

Son illər ifrat sağçı qüvvələrin tərəfdarlarının sayının artması ona gətirib çıxardı ki, İsveç demokratları Riksdaqda ikinci ən böyük partiya oldu.

AZƏRTAC xəbər verir ki, bazar günü Avropa Parlamentinə seçkilər günü bu ənənə ilk dəfə pozuldu. Partiya 13,2 faiz səs toplayaraq dördüncü yerə düşdü, partiyanın lideri Cimmi Okesson isə seçkilərdə ilk dəfə məğlubiyyətə uğradı.

“Son ay bizim üçün çox çətin oldu. Biz sırf kimsə bunu etməli olduğumuzu hesab etdiyi üçün üzr istəyən partiya deyilik”, – deyə Cimmi Okesson bildirib.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilərdə İsveç Sosial Demokrat İşçi Partiyası qalib gəlib. 24,9 faiz səs toplayan partiya isə Avropa Parlamentində beş yer əldə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top