İƏT PA-nın üzvü: Azərbaycanda seçki prosesində demokratik dəyərlərə sadiqlik müşahidə olundu – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İƏT PA-nın üzvü: Azərbaycanda seçki prosesində demokratik dəyərlərə sadiqlik müşahidə olundu

Bakı, 2 sentyabr, AZƏRTAC

Düşünürəm ki, demokratik prosesə inam bizim partiyaları yaxşı bir nöqtəyə gətirib çıxaracaq. Azərbaycanda seçkilər prosesi olduqca şəffaf və açıq keçdi, demokratik dəyərlərə sadiqlik müşahidə olundu.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının rəhbəri, Pakistan Milli Assambleyasının üzvü Malik Saif ul Maluk Xoxar deyib.

“Hazırda Pakistan Milli Assambleyası İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında rəhbərlik edir. Bunun əsasında dövlətlərimizin rifahı istiqamətində çalışacağıq. Çox sevindirici haldır ki, Azərbaycan seçiciləri fəallıq nümayiş etdirdi. Bir daha Azərbaycan xalqını bu uğurlu seçkilərin keçirilməsi münasibətilə təbrik edirəm. Biz əminik ki, bu təşkilat çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik, bölgədə stabilliyin və rifahın inkişafına töhfə verəcəyik”, – deyə Pakistan Milli Assambleyasının üzvü bildirib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top