MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nagdsiz

İctimai iaşə obyektlərində alış-veriş zamanı ƏDV necə hesablanır?

İctimai iaşə və pərakəndə ticarət obyektlərində alış-veriş zamanı nağdsız ödəniş edilərsə ƏDV neçə faizlə hesablanır?

Dövlət Vergi Xidmətindən suala cavab olaraq bildirilib ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablamaq mümkündür. Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünən alıcı müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı mərkəzinə müraciət edə bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top