“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə yeniliklər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə yeniliklər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-cil tarixli 236 nömrəli Qərarına əsasən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə də bir sıra yeniliklər tətbiq edilib. Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq. Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirə biləcəklər.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edilərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Yeni qaydalara əsasən, “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.

“İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Ətraflı məlumat üçün 9108 “Çağrı” Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top