Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

Bakı, 1 iyun, AZƏRTAC

ABŞ-dan beynəlxalq tədqiqatlar üçün ən yaxşı yer kimi istifadə etmək olar. Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb. Ruhlandırcı haldır ki, bu rəqəm əvvəlki illə müqayisədə 25 faizdən çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara deyib.

O qeyd edib ki, sözügedən statistik göstərici son on ildə ən yüksək rəqəmdir: “Düşünürəm ki, bu, azərbaycanlıların ABŞ-da təhsil almağa olan marağından, həmçinin onların ABŞ-da ala biləcəkləri təhsilin keyfiyyətindən xəbər verir. Azərbaycanla bizim bir çox layihələrimiz var. Bizə müraciət edən azərbaycanlı tələbələr aldıqları təhsili necə maliyyələşdirə biləcəkləri və ABŞ-da təhsillərini daha yüksək səviyyədə davam etdirmək üçün mövcud imkanlar haqqında daha çox məlumat əldə edirlər”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top