Hotelçilik sənayesinin nümayəndələrinə təlim keçirilib
Aprelin 7-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri üçün prioritet bazarlardan olan turistlərin hotelçilik sənayesindən gözləntiləri barəsində vebinar təşkil olunub.
Vebinarda sənaye nümayəndələrinə Avropa, MDB, Yaxın Şərq regionlarından, Çin və Hindistandan olan turistlərin səyahət və təhlükəsizlik qaydaları ilə bağlı tələbləri və gözləntiləri barəsində məlumat verilib.
Onlayn tədbirdə, həmçinin qeyd olunan regionlarda pandemiya ilə əlaqədar vəziyyət, vaksinasiyanın aparılması səviyyəsi, hava limanlarından istifadə etməyə dair yeni qaydalar, Azərbaycanın təhlükəsiz turizm destinasiyası kimi cari mövqeyi, turistlərin pandemiya dövründə daha çox diqqət yetirdiyi məqamlar haqqında təqdimatlar edilib.
Tədbirdə iştirakçılar Azərbaycan Turizm Bürosu tərəfindən pandemiya dövründə aparılan onlayn marketinq və təbliğat siyasəti, postpandemiya dövrünə hazırlıq tədbirləri barəsində məlumatlandırılıblar.
Sual-cavab sessiyasında sənaye nümayəndələri tərəfindən olan maraq nəzərə alınaraq bu cür tədbirlər mütəmadi olaraq keçirilməsi planlaşdırılır. |
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf […]
-
“Crocus”da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş […]
-
Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin […]