Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var

Pekin, 10 aprel, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

AZƏRTAC Honkonq şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8 radələrində binanın birinci mərtəbəsindəki fitnes zalında başlayıb. Yanğın təxminən 2 saat yarımdan sonra söndürülsə də, qatı tüstü mənzillərə dolub və tələfata səbəb olub. Ölənlərdən biri xilas olmaq üçün yuxarı mərtəbələrdən tullanan şəxsdir. Bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri aparılır, 250 sakin təxliyə edilib, təxminən 50 nəfər isə yanğınsöndürənlər gəlməzdən əvvəl özləri binanı tərk edib.

Yanğının söndürülməsinə və axtarış-xilasetmə işlərinə 210-dan çox canlı qüvvə cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi bilinməsə də, polis yanğının qəsdən törədilməsi faktını istisna etmir. Mənzillərin bəziləri hostel kimi fəaliyyət göstərdiyindən binada gecələyənlərin dəqiq sayı məlum deyil.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top