MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kalkulyator

Hökumət Ödəniş Portalı ilə 2 milyard manata yaxın ödəniş edilib

2021-ci ilin altı ayı ərzində “Hökumət Ödəniş Portalı”nda (HÖP) 1.9 mlrd. manat (ondan 55%-i nağdsız) həcmində 30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub.

Bu barədə Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda qeyd olunub. Məlumata görə, hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top