
“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir
“Economic”-in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.
Minskdə keçirilən XXV “TİBO-2018” beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən “AzInTelecom” nümayəndə heyəti “bulud” həlləri, “bulud”a inteqrasiya, Belarus dövlət qurumlarının “bulud”dan isitifadə tendensiyaları, eləcə də “Hökumət buludu”nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.
Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə “Hökumət buludu”nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
Məlumat üçün bildirək ki, “Hökumət buludu”nun (G-Cloud) yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tərkib hissəsidir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycan qəhrəmanlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Operatorlar “5G” internetin real sürətini açıqlayıblar
Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli artırılmasını vəd edir – […]