Hiroşi Yamakava: “Azərbaycanın “Artemis” layihəsində iştirakına şad olardıq” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hiroşi Yamakava: “Azərbaycanın “Artemis” layihəsində iştirakına şad olardıq”

“Azərbaycan “Artemis” layihəsinə qoşulan 29 ölkə sırasında deyil. Lakin biz Azərbaycanın iştirakına şad olardıq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə təşkil olunan NASA-nın mətbuat konfransında Yaponiyanın Kosmik Agentliyinin prezidenti Hiroşi Yamakava deyib.

O bildirib ki, Yaponiyanın Kosmik Agentliyi “Azərkosmos” ilə əməkdaşlıq edir:

“Əgər Azərbaycan “Artemis” layihəsinə qoşulmaq istəyərsə, biz həm birinci, həm də ikinci fazada məlumatları onlarla bölüşməyə hazırıq”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top