Hindistanda anomal istilər 50-dən çox insan ölümünə səbəb olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hindistanda anomal istilər 50-dən çox insan ölümünə səbəb olub

Bakı, 1 iyun, AZƏRTAC

Hindistanın müxtəlif yerlərində, xüsusilə şərq, mərkəzi və şimal bölgələrində son bir neçə gündə Cənubi Asiyanın əksər hissələrini bürümüş anomal isti hava dalğası nəticəsində 50-dən çox insan ölüb.

AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli media və hökumət rəsmiləri bildiriblər.

İstidən halı pisləşən 200-ə yaxın insan isə xəstəxanaya yerləşdirilib.

Ölənlərin əksəriyyəti, təxminən 25 nəfər şərqdəki Bihar əyalətindəndir.

Son bir neçə gündə xüsusilə Dehli və Racastan əyalətlərində temperatur 53 dərəcəyədək yüksəlib. Hindistan Meteorologiya Departamentinin məlumatına görə, bu göstərici normadan 8-10 dərəcə yüksəkdir.

“Hindistanın şimal-qərbində, mərkəzi və şərqində üstünlük təşkil edən isti hava dalğasının yaxın iki-üç gün ərzində tədricən azalacağı gözlənilir” – deyə departament bildirib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top