Hicran Hüseynova: Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hicran Hüseynova: Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir. Bunun da əsas səbəblərindən biri yaxın qohumların evliliyidir. Ölkədə yaxın qohumların nikahına icazə verilməyəcək. Bu məsələ qanunvericiliklə qadağan ediləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iyunun 20-də parlamentdə keçirilən “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda birgə ictimai dinləmədə səsləndirib.

Komitə sədri bildirib ki, yaxın qohumların nikahından adətən xəstə uşaqların doğulması faktdır. Onun sözlərinə görə, belə evliliklər fəsadlarla nəticələnir və sağlamlıq baxımından zərərlidir.

Ölkəmizdə bu istiqamətdə aparılan işlərdən, maarifləndirmə tədbirlərindən danışan H.Hüseynova qeyd edib: “Erkən nikahların statistikası göstərir ki, belə qadınlardan olan uşaqların sayı 2011-ci ildə 4392 nəfər təşkil edib. 2022-ci ildə isə bu rəqəm 2011 olub”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top